“Qadına edilən zorakılığa yox deyək!” mövzusunda təqdimat

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar olaraq məktəbdə ingilis dili müəllimi Məhluqə Abbasovanın rəhbərliyi ilə 8 a sinif şagirdləri tərəfindən “Qadına edilən zorakılığa yox deyək!” mövzusunda təqdimat keçirildi. Abbasova Məhluqə çıxış edərək “İnsan Hüquqları Haqqında Bəyannamə”nin qəbul olunması səbəblərini və yaranması tarixindən məlumat verdi, Azərbaycanda insan hüquqlarına verilən dəyərin hər bir vətəndaşın həyatında özünü göstərdiyini bildirdi. Sonra 8a sinif şagirdləri “Qadına edilən zorakılığa yox deyək” mövzusunda təqdimatla çıxış etdilər. Təqdimat günümüzün aktual mövzusu olan məişət zorakılığna, qadın hüquqlarının ailələri tərəfindən tapdalanmasına həsr olunmuşdur. Şagirdlər hazırladıqları şüarlarla çıxış edərək zorakılığa qarşı öz etirazlarını bildirir və “Yox” deyirlər. Təqdimat şagirdlər tərəfindən rəğbətlə qarşılandı.