28 May-Respublika Günü qeyd olundu

26.05.2017-ci il tarixdə tarix müəllimi Zümrüd Həsənquliyeva səhər məktəbin foyesində müəllim və şagirdlərə 28 May-Respublika Günü münasibətilə geniş məlumat verdi. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində silinməz iz buraxdığı haqqında danışdı. Sonda məktəbin 4a sinif şagirdi Abışova Solmaz "28 May-Respublika Günü" münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən bədii-qiraət müsabiqəsində "Fərqlənmə diplomu"na layiq görüldüyünə görə məktəb rəhbərliyi tərəfindən ona təşəkkür elan edildi. Tarix müəllimi Zaidova Ülviyyə məktəbin kitabxanasında VIII sinif şagirdləri ilə birlikdə "Bir dəfə yüksələn bayraq, bir daha enməz" mövzusunda "Dəyirmi masa" keçirdi. Tədbirin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin ilk himni səsləndi. Şagirdlərdən Əliyev Gündüz "Cümhuriyyətin yaranması tarixindən", Nəsibzadə Qaya "Azərbaycanın ilk parlamenti", Xanbəyli Səidə ilk hərbi nazir-əfsanəvi general Səməd bəy Mehmandarov haqqında hazırladıqları prezentasiyaları təqdim etdilər. Məktəbin kiçik konfrans zalında "İstiqlalımız yenilməzdir" mövzusunda tədbirdə şagirdlər "28 May-Respublika Günü" adlı sənədli filmi seyr etdilər. Tədbirin sonunda Əhməd Cavadın, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Bədri Seyidzadənin, Salman Mümtazın şeirləri şagirdlərin ifasında səsləndi.