"Simmetriya" mövzusunda "Açıq dərs"

25.05.2017- ci il tarixində 2c sinfində riyaziyyat fənnindən diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, gənc və istedadlı ibtidai sinif müəllimi Şəmsiyyə Quliyeva "Simmetriya" mövzusunda "Açıq dərs" keçirdi. Dərsdə elektron lövhədən istifadə edərək fiqurlar üzərində müxtəlif tapşırıqlar yerinə yetirildi. Şagirdlər qrup işləri və şəkillər üzrə tapşırıqları yerinə yetirərək təqdimat etdilər. Şagirdlərin estetik zövqü, eləcə də kəsmə, qatlama, şəkilçəkmə kimi bacarıqlarının inkişafı üzrə işlər aparıldı. Nəticədə şagirdlər simmetriya xəttinə nəzərən fiqurun digər hissəsini çəkməyi, simmetriya xəttinə görə qatlayıb kəsməyi öyrəndilər. Simmetriya oxunun sayının əşyaların formasına görə müxtəlif olduğunu nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi