“Sabahımıza düşən kölgələr”

24.05.2017-ci il tarixində məktəbin uşaq birliyi rəhbəri Süleymanova Mehnaz “Sabahımıza düşən kölgələr” adlı tədbir keçirdi. Tədbirdə yuxarı sinif şagirdləri iştirak edirdi. Abbaszadə Nərgiz, Xəlilova Mehriban, Süleymanova Afət, Əliyev Əli, Muxtarlı Arzu, Allahverdiyeva Xədicə, İsmayılova Məlakə və Mustafayeva Lətafət çətin uşaqların öyrənilməsi, valideyn, müəllim və şagird arasında olan münasibət haqqında araşdırmalarını təqdim etdilər. Tədbirdə “Valideyn sevgisinin uşaq tərbiyəsində rolu” haqqında videoçarx nümayiş olundu. Məktəbin şagirdləri mövzu haqqında öz fikirlərini bildirdilər və bu barədə müşahidə etdikləri hadisələri geniş şəkildə müzakirə etdilər. Şagirdlər mövzuya aid onları maraqlandıran suallar verdilər, uşaq birliyi rəhbəri Süleymanova Mehnaz həmin sualları ətraflı cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi