Ədəbi-bədii gecə

23.05.2017-ci il tarixində məktəbdə kimya-biologiya müəllimi Gülnarə Məmmədovanın poetik yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Gülnarə xanımın yaradıcılığının işığına məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər böyük həvəslə yığılmışdılar. Şagirdlər müəllifin həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, onun müxtəlif mövzuda yazdığı şeirlərini söylədilər. Gecədə Gülnarə Məmmədovanın sözü, sənəti haqqında bir-birindən maraqlı fikirlər söylənildi və müəllifi olduğu üç şeir kitabı haqqında ətraflı məlumat verildi. Şairənin müəllim yoldaşları Maya Əliyeva, Gülsüm Hacıyeva və valideynlər onunla bağlı öz təəssüratlarını bölüşdülər. Görüşün sonunda Gülnarə Məmmədova çıxış edərək, son dövrdə yazdığı şeirlərini oxudu,müəllim və şagird kollektivinə təşəkkürünü bildirdi. Müəllif tədbirin fəal iştirakçılarına imzalı kitablarını hədiyyə etdi.