Qərb Universitetində görüş

Şagirdlərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsi, onların imtahanlar ərəfəsində keçirdikləri psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı Qərb Universitetində “Açıq qapı” günü keçirildi. "Açıq qapı"da məktəbin 10a, 10b sinif şagirdləri iştirak etdilər. Şagirdlərə təhsil ocağının fəaliyyəti, qazandığı çoxsaylı nailiyyətlər və yeniliklər barədə məlumatlar verildi. Şagirdlər bir sıra laboratoriyalarla tanış olub, dizayn sərgisinə baxıb və universitetdə yaradılmış Tur Heyerdal muzeyində və ölkənin ən zəngin kitabxanalarından biri olan Qərb Universiteti kitabxanasında oldular. İştirakçılara bir sıra fənn kabinetlərində dərs prosesi təqdim olundu, universitetin İdman Klubunun fəaliyyəti barədə təqdimat edildi, peşə seçimi mövzusunda qısa seminar keçirildi. Qərb dilləri fakültəsinin tələbələrinin hazırladığı kompozisiya xüsusi maraqla qarşılandı.