“Qırmızı papaq” nağılı ingilis dilində

Müasir dövrdə ingilis dilinə olan tələbatı nəzərə alaraq müəllimlərimiz şagirdlərlə dərsdən əlavə məşğul olub onların şifahi nitqinin inkişafına, lüğət fondunun zənginləşdirilməsinə çalışırlar. Şagirdlər tez-tez ingilis dilində tədbir və səhnəciklərlə kollektiv qarşısında çıxış edirlər. Məktəbin 3a sinif şagirdləri Şarl Perronun “Little Red Riding Hood” (“Qırmızı papaq”) nağılını ingilis dilində səhnələşdirdilər. Şagirdlər bu səhnəciyi çox sevə-sevə, düzgün tələffüz, yerində işlənən jest və mimikalarla kollektivə təqdim etdilər. Şagirdlərin gözəl libasları və hazırladıqları dekorasiyalar balacalar tərəfindən böyük maraqla izlənildi. Dünya uşaq ədəbiyyatının çox sevilən nağılının tamaşaya hazırlanmasında ibtidai sinif müəllimi Mətanət Əliyeva və ingilis dili müəllimi Sevil Məmmədova şagirdlərə yardımçı olmuşlar.