Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında

Mütaliə vərdişlərinin inkişafı ilə bağlı məktəbdə bir sıra tədbirlər həyata keçirilir. May ayının 22-də məktəbin kitabxanaçıları Qarayeva Zəhra və Hacıyeva Mehparə bir qrup fəal oxucu ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etmişlər. Ekskursiyada iştirak edən V, VI, VII və VIII sinif şagirdlərində mütaliə vərdişlərinin aşılanması, kitaba sevgi bu mənada çox böyük əhəmiyyət kəsb edir. Şagirdlər burada xidmət şöbəsi, elmi-metodiki şöbə, kitabsaxlayıcı şöbə, komplektləşdirmə şöbəsi, incəsənət şöbəsi, avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi, məlumat biblioqrafiya şöbəsi ilə tanış oldular. Kitabxana işçiləri şagirdlərimizə biblioqrafik xidmət barədə məlumat verdilər. Danışan kitablar, cizgi filmləri, səsli nağıllar, uşaq mahnıları şagirdlərin marağına səbəb oldu. Daha sonra şagirdlərimiz yeni yazılmış ədəbiyyatlarla da tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi