Birincilərin hesabatı

Bu gün birincilər, 1a və 1b sinfinin həyatında ən əlamətdar gün kimi qalacaq. Çünki onlar həyatda ən vacib addımlarını atdılar – artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.İlk dəfə məktəbə addımlarını atan, müəllimləri Muradova Zəhra və Qədirova Nailədən yazıb-oxumağı öyrənən birincilər bu gün sanki bir hesabat verirdilər. Onlar ana dilimizə məhəbbətlə, vətənpərvərlik hissləri ilə dolu olan şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər. Birincilər ifa etdikləri “Əlifba sırası” və “ Rəqəmlərin müqayisəsi” tamaşaları ilə müəllimlərini sevindirdilər.Vaxt keçəcək, gənc birincilər müstəqil olaraq elmin maraqlı və cəlbedici yollarında yeni sirlər açacaqlar. Bu yolda onlara uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi