“Ailə və məktəb” əməkdaşlığı

Valideynlərin maarifləndirilməsi məqsədilə “Sağlam həyat tərzi” mövzusunda məktəbin həkimi Səfərova Lətifə və tibb bacısı Kərimova Səbinə valideynlərlə görüş keçirmişdir. Lətifə Səfərova çıxış edərək bildirdi ki, sağlamlıq tək bir insanın yox, bütün cəmiyyətin qiymətsiz varlığıdır. Sağlamlıq ancaq xəstəliklərin və ya fiziki qüsurların olmaması deyil, həm də fiziki, psixi və sosial rifah deməkdir. O, öz çıxışında valideynləri sağlam həyat tərzinin ən sadə normalarına riayət etməyə çağırdı. Hazırladığı təqdimatı nümayiş etdirərək bildirdi ki, hər bir valideyn öz övladının qidalanmasına nəzarət etməli, onların vaxtında istirahətini təmin etməli, siqarət və zərərli vərdişlərdən yayındırmalıdır. Sonda məktəbin tibb bacısı Səbinə Kərimova bildirdi ki, hər bir uşaq erkən yaşlarından fərdi həyat tərzi sürməli, bədən tərbiyəsi və idmanla məşğul olmalı, şəxsi gigiyena normalarına riayət etməli, emosiyalarını cilovlamağı bacarmalı, düşünülmüş şəkildə sağlamlığını qoruyub saxlamağı bacarmalıdır. Bu işdə valideynlər öz övladlarına yardımçı olmalıdır. Sonda valideynləri maraqlandıran suallar həkim tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi