IV İslam Həmrəyliyi Oyunları çərçivəsində tədbirlər

IV İslam Həmrəyliyi Oyunları ilə münasibətilə keçirilən məktəbdənkənar tədbirlərdə şagirdlərimiz yaxından iştirak etmişlər. Xətai Sənət Mərkəzində "Təbiət möcüzələri" və Azərbaycan İstiqlal Muzeyində "Sülh oyunları" adlı sərgidə fəal iştiraklarına görə 5-ci sinif şagirdləri Ağaxəlil Yunusova və Ulduz Cabbarlıya təşəkkürnamə təqdim edilmişdir. IV İslam Oyunları ilə əlaqədar “İslam həmrəyliyi təhsildə və idmanda” mövzusunda sinif təşkilat saatları keçirilmişdir. Məktəbin foyesində İslam Həmrəyliyini əks etdirən fotosərgi təşkil olunmuşdur. Şagirdlər arasında voleybol, şahmat və kross qaçışı üzrə yarışlar keçirilmişdir. Yarışda qalib gələn siniflərə mükafat olaraq dərs ilinin sonunda Abşeron ərazisində olan tarixi yerlərə ekskursiya təşkil olunacaqdır.Keçirilən tədbirlərdə əsas məqsəd şagirdlər arasında İslam Oyunlarının təbliği, şagirdlərin idmana marağının artırılması idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi