Nağıllar aləminə səyahət

Məktəbimizin müəllimləri Quliyeva Filorə və Bağırova Ziyafət 5b və 5c sinif şagirdləri ilə "Nağıllar aləminə səyahət" mövzusunda sinifdənxaric oxu keçirdi. Məqsəd nağıllardakı sətiraltı mənanı aydınlaşdıraraq şagirdlərin ifadəli oxu və nağıletmə qabiliyyətlərini daha da yüksəltmək idi. Oxu prosesinə keçmədən öncə şagirdlərdən Sənubər Əhmədova epik növün əsas və maraqlı növü olan nağıllar barədə ümumi məlumat verdi. 5c sinif şagirdi Quliyev Murad Sehirli nağıllar barədə bildiklərini öz sinif yoldaşları ilə bölüşdü. Tənzilə və Ləman heyvanlar haqda olan nağılların əslində bir metafora olduğunu, öz surət xüsusiyyətlərini insani xarakterlərdən aldığını bildirdi. Məişət nağılları barədə danışan İsmayılov Nihad bu nağılların xalqın həyat və məişətindən götürüldüyünü söylədi. Süleymanov Əli isə tarixi nağıllar haqqında məlumat verərək tarixi şəxsiyyətlərin nağıllarda necə təsvir olunmasının qısa təhlilini etdi. Mövzuya uyğun olaraq hər iki sinif şagirdləri "Məlikməmmədin nağılı", "Şəngülüm, Şüngülüm və Məngülüm", "Tıq-tıq xanım" nağıllarının animasiya formasından qısa bir hissə izlədilər. Yekunda şagirdlər "İsgəndər Zülqərneyn" tarixi nağılının düzgün və ifadəli oxunuşu üzərində işlədilər. Təqdimat Rahim və Ayxanın ifasında nağıllardakı sonluqla yekunlaşdırıldı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi