Niyazinin ev muzeyində

18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə xüsusi siniflərdə oxuyan nitqi qüsurlu şagirdlər musiqi müəllimi Mustafayeva İradə ilə birlikdə Azərbaycanın dahi dirijoru Niyazinin ev muzeyində olmuşlar. Muzeyin bələdçisi tərəfindən şagirdlərə muzeyin yaranma tarixi, burada saxlanılan nadir sənət əsərləri haqqında maraqlı məlumat verildi. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşokillər, not əlyazmaları, afişalar, proqramlar və başqa eksponatlarla tanış oldular. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif illərdə bəstəkara bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri şagirdlərin marağına səbəb oldu. Ekskursiyanın sonunda şagirdlər öz ürək sözlərini muzeyin xatirə kitabına yazdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi