Maraqlı ekskursiya

Məktəbimizin şagirdləri digər fənlərlə yanaşı, ingilis dili fənninə də böyük maraq göstərirlər. Onlar tez-tez ingilis dilində tədbirlər və səhnəciklərlə çıxış edirlər. Məktəbin ingilis dili müəllimləri Sevil Məmmədova və İlduzə Əliyeva 5a sinif şagirdlərinin ingilis dilinə olan maraqlarını nəzərə alıb onların heyvanlar haqqında dərsliklərdən əldə etdikləri bilikləri əyani surətdə görüb, bilik və məlumatlarını ingilis dilində ifadə etmək üçün Bakı Zooparkına ekskursiyaya apardılar. Şagirdlər müşahidə etdikləri hər bir heyvan, onun yaşayış tərzi və qidalanması haqqında ingilis dilində məlumat verdilər. Şagirdlər bu ekskursiyadan çox məmnun qaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi