"Peşələr necə yaranıb?" mövzusunda "Açıq dərs"

17 may 2017-ci il tarixində 3a sinfində sinif müəllimi Əliyeva Mətanət Azərbaycan dili fənnindən "Peşələr necə yaranıb?" mövzusunda "Açıq dərs" keçirdi. Peşələrə aid maraqlı slayd göstərildi. Şagirdlər hər bir peşənin əhəmiyyətindən danışaraq maraqlı səhnəciklər göstərdilər, şeir söylədilər. Musiqi, həyat bilgisi fənləri ilə inteqrasiya yaradıldı. Şagirdlər ifadəli və şüurlu oxu bacarıqlarını nümayiş etdirdilər. İKT-dən, müasir təlim texnologiyalarından istifadə edərək müəllim standartları reallaşdırıldı və məqsədə çatdı. Şagirdlər nəticədə hər bir peşənin vacib olduğunu söyləyərək, peşəni seçməklə kifayətlənməməli, yaxşı oxumalı, dərin biliyə malik olmalı, seçdiyi peşəni mükəmməl bilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi