Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olundu

Məktəbin informatika müəllimi Sevinc Əzimova 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə əlaqədar tədbir hazırlamışdır. Tədbirin əvvəlində 6a sinif şagirdi Əzimzadə Nərmin bu əlamətdar günlə bağlı qısa məlumat verdi, slaydlardan ibarət təqdimat nümayiş olundu. Daha sonra “İnformasiya cəmiyyəti”, “Kompüterin tarixi” və “Gələcək texnologiyalar” haqqında nümayiş olunan videoçarxlar müəllim və şagirdlərin marağına səbəb oldu. Tədbir zamanı proqramlaşdırmanı yeni öyrənməyə başlayan 5-ci sinif şagirdləri arasında kiçik müsabiqə təşkil olundu və qalib şagirdlər həvəsləndirici hədiyyələrlə mükafatlandırıldı. Tədbirin sonunda məktəbin şagirdləri arasında keçirilən “Ən yaxşı videoçarx” müsabiqəsində fərqlənən 6a sinif şagirdi Nərmin Əzimzadənin “Təbiətimizi qoruyaq”, 10b sinif şagirdi Ümid Hüseynovun “Qlobal istiləşmə” mövzusunda hazırladıqları videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi