"Qrafik redaktor" mövzusunda "Açıq dərs"

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da 17 may “Ümumdünya İnformasiya Cəmiyyəti günü” kimi qeyd olunur. Qeyd edək ki, maarifləndirməni gücləndirmək məqsədi ilə ölkəmizdə bütün insanların İKT-dən istifadə etməsi üçün müəyyən işlər aparılır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompyuterlə, internetlə işləməyə psixoloji hazırlanması, uşaqların savadlı və istedadlı kadr kimi yetişməsi üçün müəyyən işlər görülür. Məktəbimizdə İKT vasitələrindən istifadə edərək "Açıq dərslər", müxtəlif tədbirlər keçirilir.17 may 2017-ci il tarixdə 2b sinfində keçirilən “Qrafik redaktor” mövzusunda "Açıq dərs" uşaqlar üçün çox cəlbedici və yaddaqalan oldu. İnformatika müəllimi Elmira Fərzullayeva tədris prosesində elektron lövhədən istifadə etməklə hazırladığı təqdimat vasitəsilə şagirdlərlə "Kompüter otagında davranış qaydaları"nı, media proyektorda nümayiş etdirməklə "Qrafik redaktor alətlərinin təyinatı"nı təkrarladı. O, həndəsi fiqurların çəkilmə qaydasını şagirdlərə göstərdi, bu alətlərin iş prinsipini izah etdi. Şagirdlər əvvəlcə ancaq karandaş, fırça və boya alətlərindən istifadə etməklə, sonra isə həndəsi fiqurların köməyi ilə müəllimin hər bir qrupa təqdim etdiyi şəkilləri PAİNT proqramında işlədilər. Kompüterdə çəkilən rəngarəng şəkillərlə uşaqlar öz bacarıqlarını nümayiş etdirdilər. Dərsin gedişatında İKT-nin tətbiq və istifadə edilməsi uşaqlarda müstəqil şəkildə kompüterdə işləmə qabiliyyətinin formalaşdırılması, balalarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynadı.