Beynəlxalq Ailə Günü qeyd olundu

Biologiya müəllimi Sevinc Məmmədova 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə xoşbəxt olmaq və xoşbəxt uşaqlar tərbiyə etmək üçündür” adlı tədbir keçirmişdir. Tədbirdə şagirdlərdən Nərgiz Abbaszadə “Müasir ailə”, Məmmədli Mətin “Ailə prinsipləri”, Əliyeva Fidan “Ailənin psixoloji bünövrəsi”, Hüseynli Səfər “SOS uşaq kəndi” mövzusunda prezentasiya ilə çıxış etdilər. Millət vəkili Qənirə Paşayevanın səsləndirdiyi “Ana” şeirinin videçarxı maraqla qarşılandı. Tədbirdə ailə üzvlərinin bir-birinə hörmət etmələri, mənəvi dəyərlərə malik olmaları, bu mühitdə dünyaya göz açan körpələr bu sevgini duymaları, bu istiliyin altında böyümələri prinsipləri aşılandı. Ailə-məişət problemlərindən danışıldı. Hər kəsin ailə bütövlüyünü qoruması, o ailədə böyüyəcək övladların hərtərəfli psixoloji düşüncəyə malik olması üçün çalışmalı olduğu vurğulandı. Tədbirdə “Valideynlərə sağlığında hörmət edin” mövzusunda slaydlar, qısa metrajlı filmlər nümayiş etdirildi. Şagirdlərlə “İdeal ailə necə olmalıdır?” mövzusunda maraqlı diskussiya aparıldı. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ haqqında məlumat verildi. Uşaq Hüquqları Konvensiyasının bəzi maddələri oxundu. Tədbirin sonunda Məhəmməd Peyğəmbərin (s.a.v.) buyurduğu kəlam səsləndi: “Övladlarınıza ehtiram edin və onlarla layiqli şəkildə davranın”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi