Zərərli vərdişlərə “yox” deyək!

Məktəbin biologiya müəllimi Mahmudova Aynurə “Sağlam həyat tərzi” layihəsi çərçivəsində məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq məqsədi ilə “Riskli və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbirdə şagirdlərdən Nəsibzadə Qaya tütünçəkmə, Əliyev Gündüz, Dərgahova Aydan spirtli içkilər, Xanbəyli Səidə, Hüseynov Asim narkomaniya haqqında hazırladıqları prezentasiyalar ilə çıxış etdilər. Şagirdlər hər kəsi narkotik vasitələrdən istifadə etməməyə, siqaret, spirtli içkilərdən və bu kimi zərərli vərdişlərdən uzaq olmağa çağırış etdilər. “Siqaretlə mübarizə”, “Narkomaniyaya yox”, “Alkoqolun zərəri” adlı sosial videoçarxlar nümayiş etdirildi. Tədbirin sonunda müəllim Mahmudova Aynurə şagirdlərə zərərli vərdişlərə “yox” deməyin yollarını açıqladı. Sadəcə “yox” deyərək onlardan imtina etmənin, israr edən tərəfə konkret olaraq etiraz etmənin üsullarını başa saldı. “Hər bir insan həyatda sağlam yaşamaq istəyir. İnsan üçün ən böyük hədiyyə can sağlığıdır. Sağlamlığımızı qoruyaq, zərərli vərdişlərdən uzaq olaq” sözləri ilə öz fikirlərini yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi