Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya

Fəaliyyət planın 1.3.18-ci bəndinə əsasən (tədrisin keyfiyyətinə təsir edən ekskursiya) şagird maraqlarını müəyyənləşdirərək Azərbaycan tarixinə əyani səyahət etmək məqsədi ilə 14 may tarixində 6a sinif şagirdləri Aidə İsmayılovanın rəhbərliyi ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyaya getmişlər. Şagirdlərə Qobustanın təbii mühiti, arxeoloji kəşfləri, qədim dövr insanlarının həyat və mədəniyyəti haqqında maraqlı məlumatlar muzey bələdçisi tərəfindən verilmişdir. Sensorlu ekran vasitəsi ilə mağara və ibtidai sığınacaqların, yaşayış məskənlərinin 3D ölçülü xəritə üzərində nümayişi şagirdlərin daha böyük marağına səbəb olmuşdur.