"Hərflərin əhvalatı" adlı tədbir

10 may 2017-ci il tarixdə məktəbin 1c sinif şagirdlərinin iştirakı ilə "Hərflərin əhvalatı" adlı tədbir keçirildi. Tədbir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə təsadüf etdiyindən onun əziz xatirəsi yad edildi, şeirlər söylənildi, Heydər Əliyevin məktəblilərə qayğısından bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə birincilər bilik və bacarıqlarını məharətlə nümayiş etdirdiər. Şeirlərin dili ilə, obrazlarla, oynadıqları rollarla Vətənə, anaya, məktəbə, elmə, biliyə olan maraqlarını, həvəslərini bir daha sübut etdilər.