Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir

10.05.2017-ci il tarixdə məktəbin foyesində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən tarix müəllimi Zümrüd Həsənquliyeva ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Daha sonra 10 b sinif şagirdlərinin iştirakı ilə kitabxanada ulu öndərə həsr edilmiş “Dəyirmi masa” təşkil edildi. Şagirdlərin fəallığı ilə keçirilən “Dəyirmi masa”da Heydər Əliyevə həsr edilmiş məruzə və çıxışlar dinlənildi. Bu tədbirlərdə ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi