Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə

05.05.2017-ci il tarixində məktəbdə Azərbaycanın dahi söz sənətkarı Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. "Aşıq Pəri inciləri" məclisinin üzvləri gecədə iştirak edirdilər. Məktəbin şagirdləri qəzəllər, qoşmalar, musiqi nömrələri ilə Vaqif sənətinin, Vaqif yaradıcılığının əzəmətini iştirakçılara xatırlatdılar. "Aşıq Pəri inciləri" sazlı, sözlü nəğmələri ilə maraqlı çıxışlar etdilər. Gecənin təskilatçısı olan Telnaz müəllimə başda olmaqla, bütün ədəbiyyat müəllimləri tədbirin hazırlanmasında fəal iştirak etdilər.