Sağlamlığımızı qoruyaq

Məktəbimizdə “Sağlam həyat tərzi aylığı” ilə əlaqədar olaraq məktəbin fiziki tərbiyə müəllimi Afət Əkbərova 5b və 5c sinif şagirdləri ilə birlikdə “Sağlamlığımızı qoruyaq” mövzusunda dərsdənkənar siniflərarası yarışlar təşkil etmişdir. Komandalar çeviklik üzrə mini-futbol və basketbol, sürət və dözüm üzrə qaçış, güc üzrə kəndir dartma, bədən elastikliyini nümayiş etdirmək üçün isə gimnastik hərəkətlər etmişdirlər. Bu hərəkətlərin orqanizmə təsiri haqqında şagirdlər məlumatlandırılmışdır. Onlara izah olunmuşdur ki, sağlam olmaq üçün bu hərəkətləri yalnız fiziki tərbiyə dərslərində deyil, mütəmadi olaraq hər gün yerinə yetirmək lazımdır.