Məktəb doğma ocağımızdır

01.05.2017-ci il tarixdə məktəbin 9a və10a sinif şagirdləri "Məktəb doğma ocağımızdır" adlı layihənin təqdimatını keçirdilər. Təqdimatın hazırlanmasında ana dili və ədəbiyyat müəllimləri Kərimova Rəsmiyyə və Səmədova Nailənin şagirdlərə çox böyük dəstəyi olmuşdur. Şagirdlər təqdimatlarında üç həftə ərzində apardıqları araşdırmalarının nəticələrini öz müəllimləri qarşısında nümayiş etdirdilər. Burada "Gənclik və yaşlı nəslin ona münasibəti" mövzusunda götürdükləri müsahibələr, səhnəciklər, gözəl musiqi nömrələri, ürəkləri titrədən şeirlər təqdimatı izləyənlərə gözəl istirahət zövqü yaşatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi