Azərbaycanın biomüxtəlifliyi və ekologiya

Məktəbdə "Azərbaycanın biomüxtəlifliyi" aylığı çərçivəsində biologiya müəllimləri Mahmudova Aynurə və Məmmədova Sevincin təşkilatçılığı ilə "Azərbaycanın biomüxtəlifliyi və ekologiya" adlı tədbir keçirildi. Tədbirdə 8b sinif şagirdləri biomüxtəliflik, Azərbaycanın qoruqları, yasaqlıqları, milli parkları haqqında məlumat verdilər. 10b sinif şagirdləri Əliyev Əli və Həmdəmli Rasim "Ekoloji problemlər və mutantlar" adlı videoçarx təqdim etdilər. Şagirdlərin təqdim etdiyi "Əsrarəngiz Azərbaycan təbiəti" , "Azərbaycan qoruqları", "Yasaqlıqlar", "Qırmızı kitaba düşmüş nadir bitki və heyvanlar" adlı slayd və videoçarxlar maraqla izlənildi. Həmçinin 9b sinif şagirdi Valehli Əli "Xəzər dənizinin biomüxtəlifliyi " adlı təqdimatı nümayiş etdirdi.