Zərifə Əliyeva - 94

Sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanlar zaman keçsə də həmişə xatırlanır. Belə insanlardan biri görkəmli oftalmoloq alim, gözəl insan, mehriban ana, sədaqətli həyat yoldaşı olan Zərifə xanım Əliyevadır. 27.04.2017-ci il tarixdə məktəbdə Zərifə Əliyevanın 94 illik yubileyi ilə bağlı "Dəyirmi masa" keçirildi. 10b sinif şagirdləri Zərifə Əliyevanın həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında məlumat verdilər. 10b sinif şagirdi Xədicə Abbasova anaya həsr olunmuş şeir söylədi.