Azərbaycanın biomüxtəlifliyi və onun qorunması

19 aprel 2017-ci il tarixində kimya və biologiya müəllimləri Afət Balabəyova və Vahid Balabəyovun rəhbərliyi ilə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində “Azərbaycanın biomüxtəlifliyi və onun qorunması” mövzusunda konfrans keçirilmişdir. 8a sinif şagirdlərindən Nərgiz Abbaszadənin “Biomüxtəliflik nədir?” Aydan Hüseynzadənin “Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər”, Murad Hümbətovun “Milli parklar”, Nəzrin Mehdiyevanın “Qırmızı kitab”, Mehriban Xəlilovanın “Qırmızı kitaba daxil edilmiş bəzi bitki və heyvan növləri barəsində”, Afət Süleynmanovanın “İşğal olunmuş torpaqlarımızda biomüxtəlifliyin vəziyyəti” və Leyla Əhmədlinin “Ekoloji plakatlar” mövzusunda təqdim etdiyi slaydlar maraqla qarşılanmışdır. Sonda konfrans məktəb rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmişdir.