Azərbaycan və İslam

17 aprel 2017-ci il tarixində məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan və İslam” mövzusunda “Dəyirmi masa” təşkil edildi. 10b sinif şagirdləri Zeynalova Leyla, Hüseynov Ümid və başqa şagirdlər “İslam və Azərbaycan”, “İslamın Azərbaycanda yayılması”, “İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan”, “Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinin əhəmiyyəti” mövzusunda çıxışlar etdilər. Çıxış edən şagirdlər islami dəyərlərdən, islam mədəniyyətindən, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının münasibətlərindən, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanımasından, Xocalı soyqırımını tanımasından, Azərbaycanın ilk dəfə bu beynəlxalq təşkilata daxil olmasından, həmçinin İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs etdilər.