Azərbaycanın yeraltı və yerüstü sərvətləri

14 aprel 2017-ci il tarixində Gülsüm Hacıyevanın rəhbərliyi ilə VIIa sinifində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı çərçivəsində “Azərbaycanın yeraltı və yerüstü sərvətləri” mövzusunda “Dəyirmi masa” keçirildi. Şagirdlərdən Məmmədli Mətin “Neft və neft məhsulları”, İsmayılov Səid “Azərbaycan gölləri”, Şükürlü Günel “Azərbaycanın filiz mənşəli qazıntıları”, Rəhimov Rauf “Şəlalər”, Həziquliyev Nəcəf “Azərbaycanın təbii sərvətləri” mövzusunda hazırladıqları referat və prezentasiyaları təqdim etdilər. Çıxışlardan hiss olunurdu ki, şagirdlər Azərbaycanı sevir və onun sərvətləri haqqında daha çox öyrənməyə səy göstərirlər.