"Xocalıya Ədalət!" kampaniyası çərçivəsində görüş

Aprelin 6-da “Xocalıya Ədalət” kampaniyasının koordinatoru Kərim Kərimli tərəfindən məktəbin şagirdləri üçün maarifləndirici mühazirə keçirildi. Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciə haqqında həqiqətlərin dünyaya yayılması, Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaq üçün təşkil olunmuşdur. Bu kampaniya nəticəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır. Kərim Kərimli şagirdlərə kampaniya haqqında maraqlı və geniş məlumat verdi. Kampaniyanın gördüyü işləri əks etdirən videoçarx nümayiş olundu. Şagirdləri maraqlandıran suallar koordinator tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi