Şair-tərcüməçi Vaqif Qəmbərin şagirdlərlə görüşü

04.04.2017-ci il tarixdə məktəbdə təcrübə keçən tələbələrin rəhbəri, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi, şair-tərcüməçi Vaqif Qəmbərin şagirdlərlə görüşü keçirildi. Görüşdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, pedaqoji təcrübədə olan Azərbaycan Dillər Universitetinin tələbələri və Vaqif Qəmbərin ən yaxın dostu professor Vidadi Bəşirov da iştirak edirdi. Vaqif Qəmbər yaradıcılığına həsr olunmuş bu maraqlı görüşü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova şairin şeiri ilə açaraq onun yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra 8b sinif şagirdi Xanbəyli Səidə ingilis dilində şairin həyat və fəaliyyəti haqqinda məlumat verdi. Şagirdlərin ifasında Vaqif müəllimin ingilis dilinə tərcümə etdiyi təmsillər, mahnılar böyük marağa səbəb oldu. Keçirilən bu görüş Vaqif müəllimi çox sevindirdi. O, çıxış edərək müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.