Şəhidlər ölməz, Vətən bölünməz

Aprelin 3, 4 və 5-də məktəbdə 2016-cı il aprel ayında Azərbaycan və təcavüzkar dövlətin Silahlı Qüvvələri arasında baş vermiş döyüşlərin ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir. Sinif rəhbərləri növbəti sinif təşkilatı saatını aprel döyüşlərinə həsr etmişdirlər. Məktəbin foyesində tarix müəllimi Zümrüd Həsənquliyeva müəllim və şagird kollektivinə aprel döyüşləri haqqında ətraflı məlumat vermişdir. Tarix dərsləri zamanı məktəbin konfrans zalında fənn müəllimləri şagirdlərə aprel döyüşləri haqqında hazırladıqları prezentasiyaları nümayiş etdirmişdir. 10b sinif şagirdləri Həsənova Mətanət, İsmayılova Məlakə, 6a sinif şagirdi Əzimzadə Nərmin, 6c sinif şagirdi Məmmədli Nihat aprel döyüşləri zamanı şəhid olmuş əsgərlərimiz haqqında məlumatlarla çıxış etmişdirlər. Aprel döyüşləri zamanı həlak olmuş şəhid Kamran Şirəliyev haqqında çəkilmiş sənədli film şagirdlər tərəfindən izlənilmişdir. Sonda bütün sinif şagirdləri "Rəşadətli Azərbaycan ordusu" stendi qarşısında şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.