22 Aprel - Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar tədbir keçirildi

18.04.2025-ci il tarixində 5"C" sinif rəhbəri Asiyət Musayeva Beynəlxalq Yer kürəsi Günü ilə bağlı sinif təşkilat saatı keçirtdi. A.Musayeva şagirdlərə Beynəlxalq Yer kürəsinin BMT-nin Baş Assambleyasının 63-cü sessiyasında təsis edilməsi və 2010-cu ildən başlayaraq hər il aprelin 22-də bayram kimi qeyd olunması haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, mövzu ilə bağlı müxtəlif ölkələrdə və həmçinin Azərbaycanda da fərqli-fərqli aksiya və tədbirlər keçirilir. Sonra şagirdlər hazırladıqları əl işlərini və çəkdikləri rəsmləri nümayiş etdirdilər.