Şagirdlərimiz Azərbaycan Milli Xalça və Azərbaycan Milli İncəsənət Muzeylərində ekskursiyada oldular

18 Aprel Beynəlxalq Tarixi yerlər və Abidələrin Mühafizəsi Günü ilə əlaqədar 3"B" sinif rəhbəri Məhbubə Qarayeva 18.04.2025-ci il tarixində şagirdlərlə Azərbaycan Milli Xalça və Azərbaycan Milli İncəsənət Muzeylərində ekskursiyada oldular. Şagirdlər Xalça muzeyində Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri ilə tanış oldular. Sonra şagirdlər Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və dünya rəssamlarının əsərlərindən ibarət zəngin kolleksiyalarla tanış oldular. Şagirdlər üçün ekskursiya çox maraqlı keçdi. Onlar muzeylərdən xoş təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi