Şagirdlər Dövlət Bayrağı Muzeyini ziyarət etdilər

18 Aprel Beynəlxalq Tarixi yerlər və Abidələrin Muhafizəsi günü ilə əlaqədar 6"B" sinif rəhbəri Suğra Ramazanova şagirdlərlə 18.04.2025-ci il tarixində Dövlət Bayrağı Muzeyini ziyarət etdilər. Şagirdlər muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən eksponatlarla, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin və xalqlarının dövlət rəmzləri ilə tanış oldular. Şagirdlər xoş təəssüratla muzeydən ayrıldılar.