Məktəbdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlərin Mühafizəsi Günü qeyd olunub

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlərin Mühafizəsi Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. 15.04.2025-ci il tarixində tarix müəllimi Elnarə Rüstəmova 6 "B" sinif şagirdləri ilə maarifləndirici "dəyirmi masa" keçirdi. Bu əlamətdar gün məktəbdə hər il qeyd olunur. Tədbirdə E.Rüstəmova tarixi yerlər və abidələr haqqında şagirdlərə geniş məlumat verdi və onların suallarını cavablandırdı. Mövzu ilə bağlı şagirdlər videoçarx izləyərək bir anlığa Azərbaycanın bölgələrindəki bütün tarixi yerlərə səyahət etdilər və abidələrlə tanış oldular. Tədbirin keçirilməsində məqsəd şagirdlərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.