Məktəbdə 12 Aprel - Aviasiya və Kosmonavtika Günü qeyd olunub

08.04.2025-ci il tarixində fizika müəllimi Şərəf Tağıyeva 10 "C" sinif şagirdləri ilə 12 Aprel - Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar maarifləndirici dəyirmi masa keçirib. Tədbirdə şagirdlərin nəzərinə çatdırılıb ki, kosmos ilk dəfə 1961- ci ilin bu günündə Yuri Qaqarin tərəfindən fəth edilib. Tədbirdə şagirdlərin apardıqları araşdırmalar, təqdimatlar nümayiş olunub, kosmonavtların kosmosdakı yaşam tərzi ilə şagirdlər məlumatlandırılılıb və onların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda şagirdlər ilk dəfə kosmosa uçuş edən Y.Qaqarin və ilk qadın kosmonavt V.Tereşkova haqqında kinofilm izləyiblər.

11.04.2025-ci il tarixində ibtidai siniflərdə 12 Aprel - Aviasiya və Kosmonavtika Günü ilə bağlı rəsm dərslərində şagirdlər rəsm çəkdilər, sinif təşkilat saatında mövzuya uyğun söhbətlər aparıldı, videoçarx, kinofilmlər izlənildi, siniflərdə güşələr və foyedə mövzu ilə bağlı rəsm işlərindən ibarət sərgi təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi