31 Mart - Azərbaycanlıların soyqırımı günü

Mart ayının son sinif təşkilat saatlarında 31 Mart – Azərbaycanlıların soyqırımı günü haqqında bütün siniflərdə sinif rəhbərləri tərəfindən şagirdlərə ətraflı məlumat verilmişdir. Məktəbin foyesində şagirdlərin hazırladıqları foto stendlərdən ibarət sərgi təşkil olunmuşdur.30 mart 2017-ci il tarixdə məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva və IX-XI sinif şagirdləri mövzuya həsr olunmuş “Dəyirmi masa” keçirmişlər. Tədbirdə Zeynalova Leyla, Hüseynov Ümüd hazırladıqları maraqlı prezentasiya ilə çıxış etmişlər.31 mart 2017-ci il tarixdə məktəbin foyesində müəllim və şagird kollektivi tərəfindən soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilmiş, tarix müəllimi soyqırım haqqında qısa məlumatla çıxış etmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi