"5 mart - Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar müxtəlif idman oyunları keçirilib

03.03.2025-ci il tarixində fiziki tərbiyə müəllimləri Nurşirəvan Süleymanov və Əfsanə Hüseynova 8 "A" və 9 "A" sinif şagirdləri ilə oğlanlar arasında futbol, qızlar arasında volebol yarışı keçirtdilər. Bu yarışmaları keçirtməkdə məqsəd hansı komandanın qalib olması deyil, şagirdlərdə idmana olan maraqları artırmaqdır. Fiziki tərbiyə dərslərində müəlimlər Nurşirəvan Süleymanov və Hədiyyə Yusifova 6 "B "və 7 "B" sinif şagirdləri ilə bir neçə gimnastik hərəkətlər nümayiş etdirdilər. Bu hərəkətlərlə şagirdlərdə əzələlər məşq edilir, dözümlülük artır və hərəkətin dəqiqliyi formalaşır, insan bədən quruluşunu, qamətini gözəlləşdirir.