"Əsrin faciəsi" adlı "dəyirmi masa" keçirildi

25.02.2025-ci il tarixində təşkilatçı Mətanət Əsgərova və 7"C" sinif rəhbəri Rəvanə Məmmədova Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar şagirdlərlə "Əsrin faciəsi" adlı "dəyirmi masa" keçirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər Xocalı hadisələri haqqında hazırladıqları məlumatları təqdim etdilər, Vətənə, şəhidlərə və Xocalıya həsr olunmuş şeirlər söylədilər. Sonda Xocalıya aid filim nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi