21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova 6" C" sinfində ədəbiyyat dərsini 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr edərək "Doğma Ana Dilim" adlı "dəyirmi masa" keçirdi. O, Ana dili günü ilə bağlı şagirdlərə məlumat verərək bildirdi ki, dilimizi qorumaq Ana Vətənimizi qorumaq qədər müqəddəs vəzifəmizdir. Dilimiz bizim mənəviyyatımızdır, dilimiz qeyrətimizdir, dilimiz and yerimizdir. Tədbirdə çıxış edən şagirdlər Ana dilimizə aid seirlər səsləndirdilər, səhnəcik nümayiş etdirdilər. Sonda direktor müavini L.Əhmədova T.Teymurova və şagirdlərə öz təşəkkürünü bildirdi.