"Mənim Doğma Ana Dilim" adlı sinif təşkilat saatı keçirildi

21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar 2"C" sinif rəhbəri Mətanət Əliyeva və musiqi dərnəyinin rəhbəri Sədaqət Allahverdiyeva şagirdlərlə "Mənim Doğma Ana Dilim" adlı sinif təşkilat saatı keçirtdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Xalq şairi B.Vahabzadənin "Ana dili" haqqında yazdığı şeir səsləndirildi. Şagirdlər dilimiz haqqında yazılan şeirlərdən parçalar söylədilər. Xor dərnəyi üzvlərinin ifasında Ə.Ağayevin "Ana dilim", V.Camalzadənin "Bizim diyar", S.Rüstəmovun "Vətən", E.Nicatın "Azərbaycan Dilim Var" nəğmələri tədbirə xüsusi rəng qatdı. Sonda direktor müavini L.Əhmədova tədbirin təşkilatçılarına və şagirdlərə təşəkkürünü bildirdi.