21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlər davam edir

20.02.2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Ziyafət Bağırova kitabxanada 7 "X", 8"X", 9"X" və 7"Ç", 8"Ç", 9"Ç" sinif şagirdləri ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar bədii qiraət keçirtdi.Tədbirdə direktor müavinləri L.Əhmədova və M.Əsgərova, Azərbaycan Pedaqoji Universitetinin məktəbdə təcrübə keçən tələbələri də iştirak edirdi. Şagirdlər Xalq şairi Xəlil Rzanın və Tofiq Bayramın şeirlərini oxudular, B.Vahabzadənin və şairə G.İbrahimovanın şeirlərindən parçalar söylədilər. Onlar çıxışlarında Ana dilinə aid atalar sözləri və aforizmlərdən də istifadə etdilər. 9"X" sinif şagirdləri yazıçı C.Məmmədquluzadənin "Anamın kitabı"əsərindən bir parçanı təqdim etdilər. Sonda Dahi lider Heydər Əliyevin dil haqqında fikirləri dinlənildi və ana dili haqqında mahnı səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi