"Mənim ana dilim" adlı sinif təşkilat saatı keçirilib

21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar 7"A" sinif rəhbəri Elmira Fərzullayeva 18.02.2025-ci il tarixində şagirdlərlə "Mənim ana dilim" adlı sinif təşkilat saatı keçirtdi. Tədbirdə təşkilatçı Mətanət Əsgərova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Ziyafət Bağırova iştirak edirdi. Tədbirdə şagirdlərə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ətraflı məlumat verildi. Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, Ulu Öndər Heydər Əliyevin dilin qorunmasında düşünülmüş siyasətindən danışıldı. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər, dilimiz haqqında aforizmlər səsləndirdilər. Tədbirdə Bəxtiyar Vahabzadənin "Ana dilim" seirinə çəkilmiş videoçarx izlənildi. Sonda mövzu ətrafında şagirdlərlə sorğu aparıldı.