DİM tərəfindən nəzarətçi müəllimlər mükafatlandırılıb

5 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçiləri mükafatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə məktəbin ibtidai sinif müəllimi Mehriban Əliyeva fəxri fərmanla təltif edilib. Bu münasibətlə Mehriban müəlliməni məktəbin kollektivi adından təbrik edir, gələcək işlərində müvəffəqiyyət arzulayırıq.