2 Fevral - Gənclər Günü ilə bağlı "dəyirmi masa" keçirilib

04.02.2025-ci il tarixində 10"B" və 10"C" sinif rəhbərləri Məhluqə Abbasova və Ülkər Paşayeva "2 fevral Gənclər Günü" ilə bağlı "dəyirmi masa" keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. 10"B" sinif şagirdi A.Əlicanova "2 fevral Gənclər Günü"nün qeyd olunma tarixindən, 10"C" sinif şagirdi E.Cabbarlı Ulu Öndər Heydər Əliyev tərəfindən gənclərə verilən qiymətdən, 10"B" sinif şagirdi N.Surxayeva gənclərin vətənpərvərliyindən, 44 günlük Vətən müharibəsində tarix yazmalarından danışdı. Sonda şagirdlərlə sorğu aparıldı və mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi