20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbirlər davam edir

16.01.2025-ci il tarixində 20 Yanvar Şəhidlərinin "Anım Günü" ilə bağlı məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Mətanət Əsgərova və 6"C" sinif rəhbəri Məryəm Mehtiyevanın təşkilatçılığı ilə "20 Yanvar and yerimiz - 35 il" adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. 20 Yanvar və Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Aparıcılar Alışlı Şəbnəm və Əliyeva Arzu xalq şairi B.Vahabzadənin "Şəhidlər" şeiri ilə tədbiri açdılar. Onlar 20 Yanvar hadisələri zamanı baş verən tarixi faktlardan, həmin gecə xalqımızın azadlıq və öz suverenliyini əldə etmək üçün göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Şagirdlər 20 Yanvar hadisələri zamanı şəhid olan həmyaşıdları Larisa Məmmədova, İlqar İbrahimov, Ülvi Bünyadzadə haqqında hazırladıqları təqdimatı nümayiş etdilər. Tədbirdə Aygün Bəylərin ifasında "Şəhidlər" mahnısının sədaları altında şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi və mövzu ilə bağlı videoçarx izlənildi.Tədbirin sonunda şagirdlər məktəbin məzunu, şəhid leytenant Samir Əliyevin xatirə lövhəsi və büstünün qarşısına qərənfillər qoyaraq ehtiramlarını bildirdilər.