"Naxçıvan ayı" layihəsi davam edir

24.12.2024-cü il tarixində 8"A" sinif rəhbəri Telnaz Teymurova şagirdlərlə birgə sinif saatında "Naxçıvan Qədim Diyar" adlı musiqili ədəbi-bədii kompozisiyası təqdim etdi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı. Vətən şəhidləri və Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Aparıcı 10"C" sinif şagirdi Əliyeva Asya Naxçıvana həsr olunmuş şeirlə tədbiri açdı və Naxçıvan Muxtar Respublikasının yaranması haqqında məlumat verdi. 8"A" sinif şagirdləri Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri, görkəmli şəxsiyyətləri, incəsənəti və ədəbiyyatı haqqında hazırladıqları təqdimatları nümayiş etdilər, Naxçıvana yazılmış şeirlər söylədilər. 5"A" sinif şagirdləri Naxçıvan "Yallı"sını rəqs edərək tədbirə xüsusi rəng qatdılar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanla bağlı nitqi dinlənildi. Şagirdlərin hazırladıqları qəzetlər və fotostendlər nümayiş olundu. Azərbaycan dili və ədəbiyyat metodbirləşmə sədri Ziyafət Bağırova və müəllim Telnaz Teymurova Naxçıvan haqqında xoş xatirələrini danışdılar. Direktor müavini Leyla Əhmədova tədbirin təşkilatçılarına və şagirdlərə öz təşəkkürünü bildirdi.