1 Dekabr-QİÇS-ə qarşı beynəlxalq mübarizə günü ilə bağlı "Sağlamlığını qoru!" adlı "dəyirmi masa" keçirildi

1 Dekabr-QİÇS-ə qarşı beynəlxalq mübarizə günüdür. Hər il şagirdlərlə bu mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılır. 28.11.2024-cü il tarixində sinifdənxaric və məktəbdənkənar tərbiyə işlər üzrə təşkilatçı Mətanət Əsgərova və biologiya müəllimi Afət Balabəyova 9"B" sinif şagirdləri ilə "Sağlamlığını qoru!" adlı dəyirmi masa keçirtdilər. A.Balabəyova QİÇS nədir və ona hansı yollarla insanların yoluxması haqqında geniş məlumat verdi. Şagirdlərdən L.Əliyeva "QİÇS-in özünü necə bəlli etməsi", L.Bağırlı "Xəstəliyin bədəndə yaratdığı problemlər", N.Novruzzadə "Xəstəliklərin qarşısını necə almaq olar", A.Davidova QİÇS-in tibbi qaydaları", S.Əlizadə "Xəstəliyin əlamətləri" haqqında məlumatlar verdilər. Sonda d/m M.Əsgərova şagirdlərlə diskussiya apardı. Onlara tövsiyə etdi ki, bu gün məlumatlı olun ki, sabah sağlam yaşaya biləsiniz, unutmayın ki, sağlamlığınız öz əlinizdədir.Tədbirdə mövzu ilə bağlı videoçarx da izlənildi.